AQTA Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb

AQTA Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi barədə yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb
Sağlamlıq
28 mart 2022 05:52
AQTA Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tovuzda bir ailənin üç üzvünün zəhərlənməsi barədə yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

"Hazırda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-NIN mütəxəssisləri tərəfindən araşdırmalar aparılır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.

Qeyd edək ki, yayılan məlumatlara görə zəhərlənən ailə üzvləri bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.

Son xəbərlər

Orphus sistemi