AQTA sədri əhaliyə müraciət edib - VİDEO

AQTA sədri əhaliyə müraciət edib - VİDEO "Qida təhlükəsizliyi hamımızın işidir"
Sağlamlıq
27 May , 2021 13:13
AQTA sədri əhaliyə müraciət edib - VİDEO
Qoşqar Təhməzli

7-iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi hər kəsin işidir" şüarı ilə keçirilir.

“Report”un xəbərinə görə, vətəndaşların diqqətini bu mövzuya çəkmək üçün AQTA BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici tədbirlər həyata keçirir.

Bu il həyata keçirilən tədbirlər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli sosial şəbəkələrdə videomüraciətlə çıxış edib, mövzunun aktuallığını vətəndaşların diqqətinə çatdırıb:

“Əziz həmvətənlər, 7 İyun - Ümumdünya Qida təhlükəsizliyi Günüdür. Təhlükəsiz qida ilə sağlama gələcəyə birgə addımlayaq. Unutmayaq ki, qida təhlükəsizliyi hamımızın işidir. Hər kəsin diqqətini bu vacib məsələyə cəlb etmək üçün BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbərliyi Mələk Çaxmağı bizə qoşulmağa dəvət edirəm”.

Son xəbərlər

Orphus sistemi