Azərbaycanda yararsız və vaxtı keçmiş məhsulların saxlanıldığı yerləri müəyyənləşdirmək üçün komissiya yaradılıb

Azərbaycanda yararsız və vaxtı keçmiş məhsulların saxlanıldığı yerləri müəyyənləşdirmək üçün komissiya yaradılıb Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib.
Sağlamlıq
88851
15 Fevral , 2019 15:13
Azərbaycanda yararsız və vaxtı keçmiş məhsulların saxlanıldığı yerləri müəyyənləşdirmək üçün komissiya yaradılıb
0 : 00
0 : 00

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib. 

Agentlikdən "Report"a daxil olan müraciətdə bildirilir ki, Azərbaycanda istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunan pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir.

Məlumata görə, Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

"Əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə məlumat versinlər. Əks halda, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək", - deyə Agentlikdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi