AQTA rəsmisi: "Qida əlavələrinin düzgün düzgün istifadə olunmaması insan həyatı üçün təhlükə törədir"

AQTA rəsmisi: "Qida əlavələrinin düzgün düzgün istifadə olunmaması insan həyatı üçün təhlükə törədir" Hər bir qida əlavəsinin, eləcə də məhsulun tərkibinə əlavə edilən kimyəvi maddənin düzgün istifadə olunmaması insan həyatı üçün təhlükə törədir.
Sağlamlıq
25 Noyabr , 2019 12:21
AQTA rəsmisi: Qida əlavələrinin düzgün düzgün istifadə olunmaması insan həyatı üçün təhlükə törədir

"Hər bir qida əlavəsinin, eləcə də məhsulun tərkibinə əlavə edilən kimyəvi maddənin düzgün istifadə olunmaması insan həyatı üçün təhlükə törədir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektorunun müdiri Samir Rüstəmli qida əlavələrinin təhlükəsizliyi üzrə seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bəzən qida əlavələrinin təyinatı üzrə istifadə olunadığı, yaxud dozasından artıq istifadə edildiyi müəyyənləşir: "Qida və ərzaq təhlükəsizliyinin təmin olunması dünyada yeni çağırışlara gətirib çıxarmaqdadır. Məhsulların istehsalı artıq mürəkkəbləşir. Dünyada məhsulların qablaşdırmasına, qida əlavələrindən istifadəyə olan tələbat artırıb. Bununla əlaqədar olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə qida əlavələrinin təhlükəsizliyinə dair seminar keçirilir. Bu seminarın keçirilməsində əsas məqsəd müvafiq sahədə müasir texnologiyalarla tanış olmaq, tendensiyaları müzakirə etməkdir". 

Son xəbərlər

Orphus sistemi