AQTA qida zəhərlənmələrindən qorunmaq üçün əhaliyə müraciət edib

AQTA qida zəhərlənmələrindən qorunmaq üçün əhaliyə müraciət edib Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamları açıqlayıb.
Sağlamlıq
13 dekabr 2021 07:28
AQTA qida zəhərlənmələrindən qorunmaq üçün əhaliyə müraciət edib

Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələrindən qorunmaq üçün diqqət edilməli məqamları açıqlayıb.

"Report" verir ki, həmin məqamlar aşağıdakılardır:

- İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək;

- Pasterizə olunmamış süd və süd məhsullarından istifadə etməmək;

- Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istehlak etməmək;

- Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuduqdan sonra istehlak etmək;

- Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirmək;

- Yeməkləri günlük olaraq hazırlayıb, artıq qalanını isə bir dəfədən çox isitməmək;

- Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək.

Son xəbərlər

Orphus sistemi