AQTA pandemiya ilə əlaqədar monitorinqlərin sayını artırıb

AQTA pandemiya ilə əlaqədar monitorinqlərin sayını artırıb Dekabrın 4-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi və sağlam qidalanmanın təşviqi ilə bağlı “Təhlükəsiz Qida” onlayn verilişinin növbəti buraxılışı olub.
Sağlamlıq
4 Dekabr , 2020 17:41
AQTA pandemiya ilə əlaqədar monitorinqlərin sayını artırıb

Dekabrın 4-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi və sağlam qidalanmanın təşviqi ilə bağlı “Təhlükəsiz Qida” onlayn verilişinin növbəti buraxılışı olub.

"Report"un xəbərinə görə, verilişdə COVID-19-un profilaktikasına dair zəruri tələblər, həmçinin AQTA-nın ictimai iaşə müəssisələrində həyata keçirdiyi yoxlama nəzarət tədbirləri ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Proqramda Agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Əkbər Əliyev Bakı, Sumqayıt şəhəri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar üzrə indiyə qədər 8 000-ə yaxın ictimai iaşə müəssisəsində 40 minə yaxın monitorinqin keçirildiyini, nəticədə 3 200-dən artıq qayda pozuntusunun aşkarlandığını bildirib. Monitorinq zamanı müəssisələrdə əsasən, işçilərin tibbi maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə etməməsi, masa və oturacaqlar arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması, eləcə də tibbi maskanın təmin edilməməsi müəyyən edilib. Ə. Əliyev qeyd edib ki, həmin pozuntular inzibati məsuliyyət yaratdığı üçün sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, qurum ilə vətəndaşlar arasında yeni ünsiyyət platforması kimi qiymətləndirilən "Təhlükəsiz Qida" onlayn verilişi hər həftənin cümə günü saat 15:00 Agentliyin rəsmi feysbuk hesabında yayımlanır.

Son xəbərlər

Orphus sistemi