AQTA koronavirusa qarşı gördüyü işləri açıqlayıb

AQTA koronavirusa qarşı gördüyü işləri açıqlayıb Hazırda ölkənin bütün müvafiq qurumları bütün lazımi işləri əlaqəli şəkildə icra edirlər. Bütün işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır.
Sağlamlıq
13 Fevral , 2020 11:36
AQTA koronavirusa qarşı gördüyü işləri açıqlayıb
Qoşqar Təhməzli / Report / Sultana Ahmadbayli

"Hazırda ölkənin bütün müvafiq qurumları bütün lazımi işləri əlaqəli şəkildə icra edirlər. Bütün işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi brifinqdə deyib.

Sədr bildirib ki, agentlik vəzifəsi səlahiyyətləri çərçivəsində hər hansı yayılan bilən xəstəliklərin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Onun sözlərinə görə, hazırda ciddi profilaktik tədbirlər görülür: "Artıq Çindən ölkəyə müvafiq qida məhsulların idxalına məhdudiyyət qoyulub. Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə idxalçı sahibkarlara bəyan edilib ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir".

Son xəbərlər

Orphus sistemi