AQTA: "İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib"

AQTA: "İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib" Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edib.
Sağlamlıq
5 Oktyabr , 2022 13:10
AQTA: İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 24,16 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi