AQTA: "İdxal olunan qida əlavəsinin istehlaka yararsız olduğu aşkarlanıb"

AQTA: "İdxal olunan qida əlavəsinin istehlaka yararsız olduğu aşkarlanıb" Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Sağlamlıq
281
26 Avqust , 2021 17:42
AQTA: İdxal olunan qida əlavəsinin istehlaka yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Fətullayev Elşad Mikayıl oğlu tərəfindən idxal edilən “TIOGREN”, “KAPSUL N40” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında (4 915 qutu) ağır metalın (Kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi