AQTA 10 heyvan kəsim məntəqəsində nöqsanlar aşkarlayıb

AQTA 10 heyvan kəsim məntəqəsində nöqsanlar aşkarlayıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və Tovuz rayonunda bir sıra nöqsanlar aşkar olunub.
Sağlamlıq
8 Fevral , 2023 15:12
AQTA 10 heyvan kəsim məntəqəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində apardığı monitorinqlər zamanı Bakı şəhərində və Tovuz rayonunda bir sıra nöqsanlar aşkarlayıb.

AQTA-dan "Report"a verilən məlumata görə, aşkarlanan uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri üzrə

Fətəliyev İbrət Əli oğlu

Suraxanı rayonu, Hövsan qəsəbəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

Əmirov Rəşad Natiq oğlu

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi

İnzibati protokol tərtib edilib

Ələsgərov Poladxan

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8

İnzibati protokol tərtib edilib

Gözəlli Xanbala

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

Allahverdiyev Elman İmran oğlu

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

Mustafayev Mürsəl Zeybula oğlu

Yasamal rayonu, X.Mustafayev küçəsi 80

İnzibati protokol tərtib edilib

Rəsulov Ceyhun
Bahadur oğlu

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 77A

İnzibati protokol tərtib edilib

Bağırov Mahir Əziz oğlu

Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19

İnzibati protokol tərtib edilib

Əliyev Vaqif Musa oğlu

Yasamal rayonu, Mirəli Seyidov küçəsi 127-135

İnzibati protokol tərtib edilib

Tovuz rayonu üzrə

Əhmədov Ərəstun Abuzər oğlu

Tovuz rayonu, Qovlar şəhəri

İnzibati protokol tərtib edilmişdir

Son xəbərlər

Orphus sistemi