AQTA-da türkiyəli nazirlə görüş keçirilib

AQTA-da türkiyəli nazirlə görüş keçirilib Bu barədə "Report"a AQTA-dan məlumat verilib
Sağlamlıq
113
9 Mart , 2021 18:34
AQTA-da türkiyəli nazirlə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə qardaş ölkədən gələn nümayəndə heyətinin ölkəmizdəki baytarlıq laboratoriyaları, heyvandarlıq təsərrüfatları, heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə tanışlığı, həmçinin heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub. Hər iki ölkənin mütəxəssisləri tərəfindən Türkiyə Respublikasının Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə heyəti 9-17 mart 2021-ci il tarixlərində ölkəmizdə işgüzar səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi