AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib

AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib. AQTA-dan "Report"a bildirilib ki, hazırda ölkədə dövriyyədə olan bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) əksər hissəsi idxal edilən məhsulla
Sağlamlıq
17 Yanvar , 2022 17:51
AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib.

AQTA-dan "Report"a bildirilib ki, hazırda ölkədə dövriyyədə olan bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) əksər hissəsi idxal edilən məhsullardır.

Qeyd edək ki, BFMQƏ-lərin idxalı Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq qərarı, ekspertizası isə “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” ilə bağlı qərara uyğun olaraq həyata keçirilir. Yerli istehsal və idxal edilən bütün BFMQƏ-lər Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ekspertizadan keçirilir və nəticələri qurumun rəsmi internet səhifəsində yerləşdirilir.

Agentlik özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, ölkəyə idxal edilən və istehsal olunan BFMQƏ-lər üzərində nəzarət tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb edilir.

Qeyd edək ki, 2021-ci il ərzində BFMQƏ-lərin ölkəyə idxalı ilə bağlı, ümumilikdə, 2932 müraciət olunub və 47 müraciət üzrə məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Təhlükəsizlik göstəriciləri uyğun olmayan məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə müvafiq qərarlar qəbul edilib. Aşkar olunan digər uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıqlar ünvanlanıb və onlara öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirmələri ilə bağlı zəruri göstərişlər verilib. Uyğunsuzluqlar aşkar edildikdən sonra sözügedən məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilib. BFMQƏ-lərlə bağlı məlumatlarla aşağıdakı cədvəldən tanış ola bilərsiz.

BFMQƏ-lər qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin müvafiq formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. İstehlakçılar nəzərə almalıdır ki, BFMQƏ-lər dərman vasitəsi deyil, yalnız orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə nəzərdə tutulmuş qidalandırıcı maddələrdir. BFMQƏ-lər xəstəliklərdən qorumur, xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilə bilməz və normal qidalanmanı əvəz etmir. BFMQƏ-lərin istifadə təlimatında xəstəliklərin müalicəsində istifadəsi və ya bu cür təəssürat yaradan ifadələr qeyd olunmamalıdır.

Qeyd edək ki, “Dərman vasitələri haqqında”qanununa əsasən, BFMQƏ-lərin həkim reseptinə yazılması qadağan olunsa da, hələ də qanunsuz olaraq onların həkim reseptinə yazılması və apteklərdə reseptlə satışının həyata keçirilməsi hallarına rast gəlinir. Ona görə də reseptə yazılan dərmanların arasında BFMQƏ-nin olub-olmaması istehlakçılar tərəfindən dəqiqləşdirilməli və aptekdən xəstəliyin müalicəsi, yaxud profilaktikası ilə bağlı dərman alarkən onun BFMQƏ olmadığında əmin olmaq lazımdır. Həmçinin onların istifadəsi zamanı tövsiyə edilən sutkalıq doza keçilməməli və nəzərə alınmalıdır ki, BFMQƏ-lərin uşaqların istifadəsi üçün yaş həddi 4-14 yaş arası müəyyənləşdirilib. 4 yaşına qədər uşaqlar üçün isə yalnız bitki çayları formasında istifadə oluna bilər.

“Reklam haqqında” qanununa əsasən, BFMQƏ-lərin reklamında onun dərman vasitəsi olması və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaranmamalı, istifadəsinin faydaları, üstünlükləri barədə məlumat verilməməli, dərman vasitəsi olmadığı haqqında məlumatlar yer almalıdır. Qeyd edilənlərlə bağlı qanunvericiliyin tələblərinə əməl olunması və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edilib.

AQTA bəyan edir ki, BFMQƏ-lərin istehsalı, idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalı, hər hansı qanunsuz hallarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat verməlidirlər.

Məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilmiş BFMQƏ-lər

İstehsalçı şirkət

Mənşə ölkəsi

Məhsulun adı

Seriya nömrəsi

İstehsal və son istifadə tarixi

Sertifikatlaşmadan imtinaya səbəb

Nəticə

1

Jala Pharma MMC

Ruminiya

Bio Selen ZN №30 kapsul - BAD

49

01.07.2020

-

01.07.2022

tərkibində qurğuşun və kadmium aşkar edilib

məhv edilib

2

Azəri Med MMC

Türkiyə

Devitor daxilə qəbul üçün məhlul damcı - BAD

21077

01.02.2021

-

01.02.2023

orqanoleptik göstəriciləri (xarici görünüşü, rəngi, dadı və iyi) uyğun deyil

geri qaytarılıb

3

Polymax MMC

Türkiyə

Ferromax tablet - BAD

452

01.01.2021

-

01.01.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

məhv edilib

4

Zeytun Pharmaceuticals MMC

İran

Calcium 5oo kapsul - BAD

019479

01.05.2019

-

01.05.2021

qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilib

inzibati tədbirlərin tətbiqi barədə qərar qəbul edilib

5

Çıraq-Farm 2017

Bosniya və Hersoqovina

CERBİKOR - BAD

L38A01L381220

01.03.2021

-

01.03.2024

məhsulun dərman vasitəsi olduğu müəyyən edilib

məhv edilib

6

Forever Living Products

ABŞ

FOREVER FREEDOM (Orange Flavored Aloe Vera Juıse) / Forever Azadlıq şirəsi (Portağal ətirli Aloe Vera şirəsi), Məhlul 1000ML

260221

26.02.2021

-

26.02.2025

məhsul nümunələrini sınağa cəlb etmək mümkün olmamışdır

məhv edilib

7

Nebula Medicine MMC

San Marino

NEBUFER, Tablet N30

1146

30.04.2021

-

30.04.2024

tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

məhvetmə qərarı

qəbul edilib

8

Avromed Company MMC

ABŞ

L-Eliksir / L-Elixir,

daxilə qəbul üçün məhlul-damcı 30 ml

8308

01.08.2020

-

01.08.2023

tərkibində qurğuşun aşkar edilib

məhvetmə qərarı

qəbul edilib

9

Fətullayev Elşad Mikayıl oğlu

Türkiyə

TIOGREN, Kapsul N40

2032301

01.06.2021

-

01.06.2024

tərkibində kadmium aşkar edilib

geri qaytarılıb

10

Jala Pharma MMC

Ruminiya

ZINK GODAROV, Kapsul №30

1412

01.09.2020

-

01.09.2022

tərkibində qurğuşun və kadmium aşkar edilib

məhvetmə qərarı

qəbul edilib

11

Sky and Star Technologies MMC

Hindistan

URICLEAN, Tablet №30

EH 15001

01.05.2021

-

01.04.2024

tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

məhvetmə qərarı

qəbul edilib

12

Sky and Star Technologies MMC

Hindistan

PERFECT MIND, Tablet №30

EH 14001

01.05.2021

-

01.04.2024

tərkibində civə aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

məhvetmə qərarı

qəbul edilib

13

Jala Pharma MMC

Ruminiya

ZINK GODAROV, Kapsul №30

1412

01.09.2020

-

01.09.2022

tərkibində qurğuşun aşkar edilib və etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

məhvetmə qərarı

qəbul edilib

14

Perfect farm MMC

Türkiyə

ENSER FORTE, Kapsul №30

0012

01.11.2021

-

01.11.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

geri qaytarılıb

15

Bio SPS MMC

Türkiyə

MOLLERS FORTE, Tablet №30

34

01.07.2021

-

01.07.2024

tərkibində qurğuşun aşkar edilib

serifikatlaşdırmadan imtina edilib

Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilmiş BFMQƏ-lər

İstehsalçı şirkət

Mənşə ölkəsi

Məhsulun adı

Seriya nömrəsi

İstehsal və son istifadə tarixi

Sertifikatlaşmadan imtinaya səbəb

Nəticə

1

Əlifov Ayaz Əlixan

Rusiya

BAD-Funtin daxilə qəbul üçün damcı 30ml

03

07.12.2020

-

07.12.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

2

TAHA AZERBAIJAN MMC

Çin

LIPOXTOR Kapsul N30

05.08.2020

05.08.2020

-

04.08.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

3

İLKİN ABBASOV ELXAN OĞLU

Türkiyə

LEEN (WOMAN) / LEEN (qadınlar üçün), Kapsul №45

8386039

01.04.2021

-

01.04.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

4

Filuet Azərbaycan MMC

İtaliya

HERBALIFELINE MAX, Kapsul №30

J51502A

12.04.2021

-

12.04.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

5

Lifeactivepharm MMC

Türkiyə

AKROSOM PLUS TOZ Saşe N30

0001

10.07.2020

-

10.07.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

6

Filuet Azərbaycan MMC

İtaliya

HERBALIFELINE MAX, Kapsul №30

J51527A

07.05.2021

-

07.05.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

7

Pharm Line MMC

Türkiyə

HEPACAR FORTE №50 Kapsul

HP 00402

01.01.2021

-

01.01.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

8

AYAN COMPANY MMC

Türkiyə

NOTSER, Məhlul, Saşe №20

NT 00401

01.04.2021

-

01.04.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

9

Jala Pharma MMC

Ruminiya

VITAMIN C OKSTER Tablet №30

1414

01.09.2020

-

01.09.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

10

Sibirskoye Zdorovye Bakı MMC

Rusiya

İSTOKI ÇISTOTI, Kapsul №180

09

11.06.2020

-

11.06.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

11

Azəri Med MMC

İsveçrə

SWISS ENERGY HAIR, NAIL & SKIN Kapsul №30

0900023

01.01.2021

-

31.12.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

12

Ren Farm MMC

Türkiyə

RENADIL, Kapsul №30

0001

05.07.2021

-

05.07.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

13

Azəri Med MMC

San Marino

Liv-Aktiv Tablet N30

U385

01.09.2021

-

01.09.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

14

Arəri Med MMC

Portuqaliya

REVIFORCE ADULTO, Tablet №60

21004922

01.07.2021

-

01.07.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

15

Yurd Pharma MMC

İtaliya

MEVOLAFIBRE, Məhlul 300ML

19212

30.12.2019

-

30.12.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

16

Yurd Pharma MMC

İtaliya

MEVOLAFIBRE, Məhlul 300ML

2076

30.05.2020

-

30.05.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

17

Healthy Life MMC

Türkiyə

RAVITEL, Tablet № 30

521

01.11.2021

-

01.11.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

18

Avromed Company MMC

Polşa

Pari-flo, Kapsul №30

1680120

26.11.2020

-

26.10.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

19

Zaj Corporation MMC

Türkiyə

VINORM, Kapsul №30

VR00305

01.10.2019

-

01.10.2022

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

20

Delta Max MMC

Türkiyə

ECHINOL HOT, Toz, Saşe №10

051

24.06.2021

-

24.06.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

21

EN LİFE GROUP MMC

Türkiyə

LIVERENSAL, Tablet №60

LR 00204

01.08.2021

-

01.08.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

22

EN LİFE GROUP MMC

Türkiyə

MODUSAKTIV, Tablet №30

MA 00205

01.08.2021

-

01.08.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

23

AYAN COMPANY MMC

Türkiyə

LOREFA, Kapsul №30

LF 00430

01.06.2021

-

01.06.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

24

Litpharma MMC

Türkiyə

SALCOVIT BABY, Şərbət 150 ML

518

01.11.2021

-

01.11.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

25

İNAM LİFE MMC

Türkiyə

İNAMITON PLUS, Kapsul №30

21743802

01.09.2021

-

01.09.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

26

Bion Medical

Türkiyə

SITURID, Tablet №30

ST 00430

01.08.2021

-

01.08.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

27

RP AZE MMC

Yunanıstan

D3 FIX/D3 FIKS, Daxili qəbul üçün məhlul-damcı 30 ML

21-003

06.07.2021

-

30.06.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

28

Zəkiyev Anar Zəkəriyyə

Türkiyə

NORMAVIT, Şərbət 200 ML

NM-21/24-3

01.10.2021

-

01.10.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

29

Healthy Life MMC

Türkiyə

THYMEX, Şərbət 120 ML

536

01.12.2021

-

01.12.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

30

Healthy Life MMC

Türkiyə

LENORMA, Kapsul № 60

511

01.10.2021

-

01.10.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

31

Ares MMC

Türkiyə

UROTONIC 200ML Şərbət

EX2020-068

01.11.2020

-

01.11.2023

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

32

Flora-Sun MMC

Türkiyə

NATCOL, Toz, Saşe №30

NT 00430

01.06.2021

-

01.06.2024

etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun deyil

serifikatlaşdırmadan imtina edilib

QEYD: Qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina barədə qərar yalnız siyahıda qeyd olunan seriya nömrəli və istehsal və son istifadə tarixli BFMQƏ-lərə aiddir.

Son xəbərlər

Orphus sistemi