AQTA: "Bağçalarda uşaqlara zəruri maddəli qidalar verilmir"

AQTA: "Bağçalarda uşaqlara zəruri maddəli qidalar verilmir" "Monitorinqlərin nəticəsində məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri və qida blokunun əməkdaşlarının bu sahədə çox zəif biliklərə sahib olduqları, ya da ümumiyyətlə, olmadıqları müəyyənləşib. Hətta qida sahəsindəki normativ hüquqi aktlardan xəb
Sağlamlıq
9 Dekabr , 2021 16:17
AQTA: Bağçalarda uşaqlara zəruri maddəli qidalar verilmir

"Monitorinqlərin nəticəsində məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri və qida blokunun əməkdaşlarının bu sahədə çox zəif biliklərə sahib olduqları, ya da ümumiyyətlə, olmadıqları müəyyənləşib. Hətta qida sahəsindəki normativ hüquqi aktlardan xəbərsizdirlər".

“Report” xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Şəhla Yusifzadə məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasının düzgün təşkili və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərindən danışarkən deyib.

Onun sözlərinə görə, təhsil müəssisəsində tərtib olunan menyular uşaqların yaş qrupuna uyğun olaraq fizioloji normalarını qarşılamır: “Yəni gün ərzində bir uşağa tələb olunan maddəli qidalar və enerji çatdırılmır. Menyularda normalardan kənaraçıxmalar olur”.

Son xəbərlər

Orphus sistemi