"Xaricdən gətirilən qurbanlıq heyvanların sağlamlığının yoxlanılması ilə bağlı məsələ daim nəzarətdə saxlanılır".
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib. O bildirib ki, AQTA bununla bağlı mütəmadi nəzarət tədbiri görür:
"Baş baytar müfəttişinin qərarı ilə 80 ölkənin bəzi ərazilərindən diri heyvan və heyvan ətinin gətirilməsinə qadağa qoyulub.
Ölkəyə gətirilən heyvanlar baytar nəzarətində karantində saxlanılır. Daha sonra həmin heyvanlardan analizlər götürülür. Yalnız baytarlıq nəzarətindən sağlam keçən heyvanların satış və kəsiminə icazə verilir.
Qurban bayramı ilə bağlı gətirilən heyvanlar da bu qaydada yoxlanılır".