AQTA 6 sahibkarlıq subyektini qida təhlükəsizliyi qeydiyyatına almayıb

AQTA 6 sahibkarlıq subyektini qida təhlükəsizliyi qeydiyyatına almayıb 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Sağlamlıq
117
8 Aprel , 2021 12:18
AQTA 6 sahibkarlıq subyektini qida təhlükəsizliyi qeydiyyatına almayıb

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, qeyd olunan tarixdə 6 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Həmidov Səmədağa Əli oğlu

İlkin istehsal

Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir.

2

Kanalov Rauf Telman oğlu

Pərakəndə satış

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

3

"ESCOFFİEL" MMC

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

"SAF ƏT" MMC

Topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

5

Sadıqov İbrahim İlqar oğlu

İctimai iaşə

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

6

Cabbarova Vüsalə Ağasəf qızı

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Son xəbərlər

Orphus sistemi