AQTA: "41 yaşlı kişinin ölümünün qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub"

AQTA: "41 yaşlı kişinin ölümünün qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub" Mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
Sağlamlıq
25 May , 2023 16:48
AQTA: 41 yaşlı kişinin ölümünün qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub

Mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.

Bu barədə "Report"a AQTA-dan bildirilib.

"Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi