Anar Əliyev: "​Azərbaycanda "zob" xəstəliyinin müalicəsində yenilik tətbiq olunur"

Anar Əliyev: "​Azərbaycanda "zob" xəstəliyinin müalicəsində yenilik tətbiq olunur" "Yeni üsulla müalicə çapıq qoymur"
Sağlamlıq
7 Sentyabr , 2015 14:37
Anar Əliyev: ​Azərbaycanda zob xəstəliyinin müalicəsində yenilik tətbiq olunur

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Zəhərli ur (el arasında "zəhərli zob" adlanır) xəstəliyi özünü daha çox arıqlamaq, ürək döyüntüləri, tərləmə, əsəbilik, səbirsizlik, bəzən dəridə nəm hissiyyatının olması kimi hallarla göstərir". Bunu "Report"a açıqlamasında Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, mərkəzin Radionuklid Terapiya şöbəsinin müdiri Anar Əliyev deyib.

A.Əliyev xəstəliyin müasir üsulla müalicəsindən də danışıb. Onun sözlərinə görə, zəhərli ur xəstəliyinin üç vasitə ilə müalicəsi var: "Zəhərli ur xəstəliyinin müalicəsi klassik dərman müalicəsi, cərahiyyə əməliyyatı və atom müalicəsi deyilən radioaktiv yod müalicəsidir ki, buna "qansız tiroid cərahiyyəsi" deyirlər. İldə 400-500 ur xəstəliyi olan insanı bu cür müalicə edirik. Yarım stəkan suya radioaktiv yodu qatıb xəstəyə veririk. Bundan sona qalxanabənzər vəzin uru əriyir, balacalaşır, artıq zəhər buraxmır və xəstə sağalır. Xəstə əməliyyat olunmur. Nə boynunda çapıq olur, nə də ömrü boyu zəhərli zoba qarşı dərman içməyə ehtiyacı qalır".

Şöbə müdiri bildirib ki, artıq Azərbaycanda da bu effektiv müalicə üsulu yayılmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi