Almaniyalı alimlər zərərsiz ağrıkəsici dərmanlar yaradıblar

Almaniyalı alimlər zərərsiz ağrıkəsici dərmanlar yaradıblar Bu dərmanın mənfi təsirləri olmayacaq və sadəcə ağrı olan toxumalara təsir göstərəcək
Sağlamlıq
3385
6 Mart , 2017 20:40
Almaniyalı alimlər zərərsiz ağrıkəsici dərmanlar yaradıblar

Bakı. 6 mart. REPORT.AZ/ Almaniyalı elm adamları təhlükəli təsirləri olan ağrıkəsicilərə alternativ olaraq zərərsiz ağrıkəsici dərmanlar yaradıblar.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Berlinin Şarite Universitet Xəstəxanasında elm adamlarnın icad etdiyi yeni ağrıkəsisi sağlam toxumalar üzərində məhvedici təsir göstərməyəcək.

Alimlər bildiriblər ki, bu dərman cərrahi əməliyyat sonrası, xərcəng xəstəliyi zamanı istifadə olunan dərmanlar kimi mənfi təsirləri olmayacaq və sadəcə ağrı olan toxumalara təsir göstərəcək. Digər tərəfdən yeni tapıntı yalnız zərərsiz ağrıkəsici dərmanların istehsalı ilə çərçivəli qalmayacaq. Digər dərmanların da istehsalının önünü açacaq. 

Son xəbərlər

Orphus sistemi