Alimlər qocalığı yubatmağın yeni üsulunu aşkarladılar

Alimlər qocalığı yubatmağın yeni üsulunu aşkarladılar Almaniyanın Maks Plank Qocalma Biologiyası İnstitutunun alimləri orqanizmin labüd yaşlanmasına qarşı mübarizə üçün yeni üsul tapıblar.
Sağlamlıq
2713
26 Noyabr , 2020 04:55
Alimlər qocalığı yubatmağın yeni üsulunu aşkarladılar

Almaniyanın Maks Plank Qocalma Biologiyası İnstitutunun alimləri orqanizmin labüd yaşlanmasına qarşı mübarizə üçün yeni üsul tapıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, bu dəfə adi meyvə milçəkləri alimlərə kömək edib.

Mütəxəssislər qidanın miqdarının məhdudlaşdırılmasının sürətli yaşlanmanın aradan qaldırılmasına kömək edə biləcəyini müəyyənləşdiriblər.

Milçəklər üzərində aparılan təcrübələr alimlərə tərkibində çoxlu sayda zülal olan qidaların istehlak edilməsinin hüceyrələrin böyüməsi və sağ qalması ilə əlaqəli mexanizmləri gücləndirdiyini aşkar edib.

Bu halda ömrün uzunluğunu artırmaq və qocalmanı yavaşıtmaq üçün hətta ciddi pəhrizə riayət etmək vacib deyil. Belə ki, orqanizmin labüd qocalığı proseslərini yavaşıdacaq müəyyən zülalı qəbul etmək kifayətdir.

Lakin belə sınaqlar hələ insanlar üzərində keçirilməyib, ona görə zülalla qocalmanı yavaşıdan preparatlar tezliklə apteklərdə satışa çıxarılmayacaq.

Qeyd edək ki, rusiyalı həkim kosmetoloq Stanislav Arkannikov qocalmanın qarşısının alınmasının başqa üsulundan danışıb. Onun sözlərinə görə, gəncliyin ömrünü uzatmaq üçün bir neçə vitamin qəbul etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi