Alimlər “omikron” ştamının qeyri-adi simptomlarını aşkarlayıblar

Alimlər “omikron” ştamının qeyri-adi simptomlarını aşkarlayıblar Britaniyalı tədqiqatçılar “omikron” ştamının bugünədək rast gəlinməyən qeyri-adi simptomlarını aşkarlayıblar.
Sağlamlıq
2679
18 Dekabr , 2021 23:44
Alimlər “omikron” ştamının qeyri-adi simptomlarını aşkarlayıblar

Britaniyalı tədqiqatçılar “omikron” ştamının bugünədək rast gəlinməyən qeyri-adi simptomlarını aşkarlayıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, alimlər bu variantı əvvəlkilərdən fərqləndirən xüsusiyyətləri nümayiş etdiriblər.

Londondan olan COVID-19 xəstələrinin hesabatlarına görə, “omikron”un ən çox görülən simptomları burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısıdır.

“Local Express” mətbu orqanının jurnalistləri az rast gəlinən qeyri-adi infeksiya əlaməti kimi yuxusuzluq və iştahsızlığı göstəriblər.

Tədqiqatçıların fikrincə, Milad bayramına qədər Britaniyada “omikron” ştamı üstünlük təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi