Alimlər koronavirusun insan üçün yeni təhlükəli növünü aşkarladılar

Alimlər koronavirusun insan üçün yeni təhlükəli növünü aşkarladılar Amerika alimləri koronavirus infeksiyasının daha bir növünün mövcud olduğunu bildiriblər
Sağlamlıq
665
20 May , 2021 21:39
Alimlər koronavirusun insan üçün yeni təhlükəli növünü aşkarladılar

Amerika alimləri koronavirus infeksiyasının daha bir növünün mövcud olduğunu bildiriblər.

“Report” xəbər verir ki, bu barədə Science” jurnalı bildirib.

Qeyd edilir ki, koronavirusun bu növü 2017-2018-ci illərdə Malayziyada pnevmoniya xəstəliyinə səbəb olub. Ehtimala görə, virus insanlara itlərdən ötürülüb, ancaq dəqiq nəticələr haqqında daha sonra danışmaq mümkün olacaq.

Nəşrdə həmçinin Florida Universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar haqqında xatırladılıb. Güman edilir ki, 2014-2015-ci illərdə Haitidə qeydə alınmış pnevmoniya daha əvvəl koronavirusun aşkarlandığı donuzlardan insanlara ötürülüb.

Alimlər iddia edirlər ki, koronavirusun yeni növü mutasiya ehtimalına görə təhlükə törədə bilər.

Son xəbərlər

Orphus sistemi