Alimlər kakaonun əqli fəallıq üçün faydasını üzə çıxardılar

Alimlər kakaonun əqli fəallıq üçün faydasını üzə çıxardılar Kakaonun tərkibində olan flavanol orqanik maddələri əqli fəallığı yaxşılaşdırmağa və qan damarlarını möhkəmləndirməyə kömək edir.
Sağlamlıq
698
30 Noyabr , 2020 08:55
Alimlər kakaonun əqli fəallıq üçün faydasını üzə çıxardılar

Kakaonun tərkibindəki flavanol orqanik maddələri əqli fəallığı yaxşılaşdırmağa və qan damarlarını möhkəmləndirməyə kömək edir.

“Report” xəbər verir ki, bu barədə Britaniya və Amerika alimlərinin “Scientific Reports” jurnalında dərc olunmuş məqaləsində bildirilir.

Mütəxəssislər öz sınaqlarına hər hansı xəstəliyi olmayan 18 nəfəri cəlb ediblər. Əvvəlcə yoxlanılanlara flavanolun artırılmış, sonra isə azaldılmış porsiyasının olduğu kakao veriblər. Kakaonun istifadəsindən sonra iştirakçılar qana beyinə yüksək oksigeni çatdırmağa imkan verən karbon qazı ilə nəfəs almalı idilər.

Paralel sınağın iştirakçılarına məntiqi məsələləri həll etmək təklif edilib. Sınağın gedişatında alimlər iştirakçıların beyinlərinin qabığının ön hissəsində oksigenin səviyyəsini ölçüblər.

Məlum olub ki, sınağın flavonolun yüksək hissəsini qəbul edən iştirakçıları qarşıya qoyulan məsələlərin öhdəsindən yaxşı gəliblər.

Qeyd edilir ki, bu maddələr həmçinin çayın, üzümün və almanın tərkibindədir. Amerika və Britaniya mütəxəssisləri belə nəticəyə gəliblər ki, həmin məhsulların istifadəsi əqli fəallığa müsbət təsir edir və damarların divarlarını bərkidir. Bu isə öz növbəsində qocalıqda demensiyadan uzaq olmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi