Alimlər ilk dəfə "Seul" virusunun siçanlardan insana keçməsini qeydə aldılar

Alimlər ilk dəfə "Seul" virusunun siçanlardan insana keçməsini qeydə aldılar Almaniyada “Charite” Berlin klinikasının tədqiqatçılar qrupu virusoloq Yorq Xofmanın rəhbərliyi altında ilk dəfə "Seul" virusunun siçovuldan insana ötürülməsi hadisəsini aşkarlayıblar.
Sağlamlıq
13 Noyabr , 2020 03:59
Alimlər ilk dəfə Seul virusunun siçanlardan insana keçməsini qeydə aldılar

Almaniyanın “Charite” Berlin klinikasının tədqiqatçılar qrupu virusoloq Yorq Xofmanın rəhbərliyi altında ilk dəfə "Seul" virusunun siçandan insana ötürülməsi hadisəsini aşkarlayıblar.

“Report” xəbər verir ki, bu barədə mütəxəssislər “Charite” klinikasının saytında bildirib.

Açıqlama “Charite” alimlərinin, Fridrix Leffler İnstitutundakı həmkarları, yerli və regional səhiyyə işçiləri ilə birgə işinin gedişatında qəbul edilib.

Saytda yayılmış məlumatlara görə, virus Aşağı Saksoniya federal torpağının gənc sakinində aşkarlanıb. Yoluxma ev heyvanından baş verib. Gənc kəskin böyrək çatışmazlığı əlamətləri ilə xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

“Virusun ev siçanlarında aşkarlanması onun heyvanların ticarəti yolu ilə dünyanın demək olar ki, hər yerinə yoluxa biləcəyini göstərir”, - deyə alimlər bildirib.

Son xəbərlər

Orphus sistemi