Aİ və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərib

Aİ və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərib Bu gün Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də
Sağlamlıq
1276
24 Dekabr , 2020 17:58
Aİ və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərib

Bu gün Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.

"Report" xəbər verir ki, təhvil-təslim aktını ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov imzalayıb.

Bu ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.

Son xəbərlər

Orphus sistemi