Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “İşıq hələ də yanmır”

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “İşıq hələ də yanmır” “Xəstəxanaya noyabr və dekabr ayında kömək etmək lazımdır”
Sağlamlıq
7 Noyabr , 2016 09:50
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “İşıq hələ də yanmır”

Bakı. 7 noyabr. REPORT.AZ/ Ağsu Rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi bərpa olunmayıb.

Bu barədə “Report”a RMX-nin baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, xəstəxanada vəziyyət eyni olaraq qalır: “Dörd gündür xəstəxanaya elektrik enerjisi generatorla verilir".

O vurğulayıb ki, gələn ilin dövlət büdcəsində xəstəxana üçün işıqpulu nəzərdə tutulub: "Bizə sadəcə noyabr və dekabr ayında kömək etmək lazımdır ki, işıq yansın. İl dəyişən kimi biz köhnə borcları da, növbəti ilə olan işıqpulunu da ödəyəcəyik".

Ş.Məlikova qeyd edib ki, "Azərişıq" ASC-yə noyabr ayına qədər işıq pulu ödənilib: "Quruma 31 920 manat pul ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400, noyabrda 520 manat pul ödəmişik".

Həkim bildirib ki, artıq dördüncü gündür xəstəxananın işığı yanmır: "Xəstələri nəzarətdə saxlayırıq ki, ağırlaşma olmasın. Amma ağırlaşma və ölüm olsa cavabdeh kim olacaq bilmirəm. Bizə hələ ki, heç bir rəsmi qurum cavab verməyib". 

Son xəbərlər

Orphus sistemi