“Ağız qoxusu elmi olaraq halitoz adlanır. Bunun həm fizioloji, həm də patoloji səbəbləri ola bilər. Birinci halda, ağız qoxusu səhər müşahidə edilir və gigiyena prosedurlarından sonra yox olur. İkinci vəziyyətdə, belə simptomun ortaya çıxması müəyyən tibbi səbəblərlə bağlıdır”.
“Report”un məlumatna görə, bunu allergoloq-immunoloq Yevqeniya Parşina “aif.ru”ya açıqlamasında deyib. Onun sözlərinə görə, halitozun meydana gəlməsinin əsas səbəbləri zəif ağız gigiyenası, çürük dişlər, xroniki angina və siqaret olur.
“Lakin bəzən ağızdan pis qoxunun gəlməsinə səbəb helicobacter pylori bakteriyası və mədə-bağırsaq traktatının xəstəlikləri olur. Şəkərli diabetdən əziyyət çəkən insanlar ağızda alma qoxusu hiss edirlər. Böyrək çatışmazlığı da ağızdan qoxu gəlməsi üçün daha bir səbəbidir”
Həkim bildirib ki, qaraciyər çatışmazlığı nəticəsində ağızdan çürümüş ət və ya yumurta qoxusu gələ bilər. Bunun səbəbi hidrogen sulfid olan havanın həzm sistemindən çıxmasıdır:
“Həm də ağızdan yod qoxusu bədəndəki daha bir nasazlıqları göstərir. Anemiyanın inkişafı nəticəsində ağızda metal qoxusu hissi yaranır”.