Ağdamda ərzaq mağazasında istehlak müddəti bitmiş qida məhsulları aşkarlanıb

Ağdamda ərzaq mağazasında istehlak müddəti bitmiş qida məhsulları aşkarlanıb Ağdam rayonunda ərzaq mağazasında istehlak müddəti bitmiş qida məhsulları aşkarlanıb.
Sağlamlıq
20 May , 2022 10:31
Ağdamda ərzaq mağazasında istehlak müddəti bitmiş qida məhsulları aşkarlanıb

Ağdam rayonunda ərzaq mağazasında istehlak müddəti bitmiş qida məhsulları aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Çəmənli kəndində fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Cabir Nadir oğluna məxsus qida məhsullarının pərakəndə satışı mağazasında keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu faktları aşkar edilib.

Belə ki, mağazada süni işıqlandırma lampalarının qoruyucu örtüklə təchiz edilmədiyi, məhsulların saxlanılmasında temperatur rejiminə əməl olunmadığı, işçi heyətin xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, həmçinin satışa təqdim olunan bəzi qida məhsullarının istehlak müddətinin bitdiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilən pozuntularla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Sahibkar barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi