Adil Allahverdiyev: "Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik"

Adil Allahverdiyev: "Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik" "COVID-19 ortaya çıxarkən onun olmasına inanmayanlar ailəsində yoluxanlar olduğunu gördükdən sonra inanmağa başladılar. İndi də vaksinlərlə bağlı da eyni sözlər danışılır".
Sağlamlıq
734
15 Dekabr , 2020 15:45
Adil Allahverdiyev: Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik
Adil Allahverdiyev

"COVID ortaya çıxarkən onun varlığına inanmayanlar ailəsində yoluxanlar olduğunu gördükdən sonra inanmağa başladılar. İndi də vaksinlərlə bağlı eyni sözlər danışılır".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

"İnsanın yaşaması üçün immun sistemi olmalıdır. Onu qorumaq üçün vaksinasiya lazımdır. Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik. Biz vaksinasiya ilə immun sistemimizi hazır vəziyyətə gətiririk. Vaksin deyərkən təhlükə törədən viruslarla orqanizimi tanış edirik. Bundan sonra orqanizim həmin virusa qarşı aktivləşir", - o deyib.

Son xəbərlər

Orphus sistemi