Abşeron RMX-da Qeydiyyat bölməsi yeni formatda istifadəyə verilib

Abşeron RMX-da Qeydiyyat bölməsi yeni formatda istifadəyə verilib TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və pasiyent məmnunluğunun artırılması üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verilib.
Sağlamlıq
3 Fevral , 2023 10:56
Abşeron RMX-da Qeydiyyat bölməsi yeni formatda istifadəyə verilib

TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və pasiyent məmnunluğunun artırılması üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verilib.

Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.

Tibb müəssisəsinin geniş və işıqlı sahəsində təşkil edilən 22 personalın çalışdığı bölmədə kompakt və əhatəli xidmət göstərilir. Burada xəstəxanaya müraciət edən vətəndaşlara göstərilən xidmətlər barədə informasiya almaq üçün məlumat mərkəzi, ambulator müayinədən keçmək üçün qeydiyyat mərkəzi, şəhid ailələri və qazilərlə iş masası, digər tibb müəssisələrinə göndərilən xəstələr üçün göndərişlər paneli, rahatlığın təmin edilməsi üçün 50 nəfərlik gözləmə guşəsi və s. təşkil edilib.

Son xəbərlər

Orphus sistemi