ABŞ Konqresi Tayvana 10 milyard dollar hərbi yardım ayıracaq

ABŞ Konqresi Tayvana 10 milyard dollar hərbi yardım ayıracaq ABŞ Tayvanın müdafiəsini gücləndirmək üçün 10 milyard dollara qədər vəsait ayırmağa hazırdır.
Sağlamlıq
1 Dekabr , 2022 09:55
ABŞ Konqresi Tayvana 10 milyard dollar hərbi yardım ayıracaq

ABŞ Tayvanın müdafiəsini gücləndirmək üçün 10 milyard dollar vəsait ayırmağa hazırdır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu, artan gərginlik və Çinin təhdidləri ilə bağlıdır.

Daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyası və Konqresi Ukraynaya kütləvi hərbi yardımın Tayvana, təxminən, 19 milyard dollar həcmində silah tədarükünün gecikməsinə səbəb olacağından narahatdır.

Son xəbərlər

Orphus sistemi