ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"

ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək" Koronavirusa qarşı "rMNC" peyvəndinin qəbulu üç doza tələb edə bilər.
Sağlamlıq
939
18 Sentyabr , 2021 21:40
ABŞ-ın baş infeksionisti: Pandemiya yazda bitəcək

Koronavirusa qarşı "rMNC" peyvəndinin qəbulu üç doza tələb edə bilər.

"Report" xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi "The Telegraph" qəzetinə müsahibəsində deyib.

"Düşünürəm ki, üçüncü vaksinin qəbulu daha məqsədəuyğun olacaq", - Fauçi qeyd edib.

O, gücləndirici peyvənd ideyasını dəstəklədiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, "Pfizer" vaksininin də altı aydan sonra üçüncü dəfə qəbul edilməsi mümkündür.

Fauçi koronavirusun mütəxəssisləri dəfələrlə aldatdığını, buna görə də pandemiyanın nə vaxt bitəcəyini proqnozlaşdırmağın çətin olduğunu əlavə edib:

"Pandemiyanın yazda bitəcəyinə ümid var".

Son xəbərlər

Orphus sistemi