Azərbaycanda 98 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda 98 yeni yoluxma faktı qeydə alınıb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
22 Sentyabr , 2020 15:34
Azərbaycanda 98 yeni yoluxma faktı qeydə alınıb
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1 851 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 672, bu günə qədər isə ümumilikdə 1 064 475 test icra olunub.

Son xəbərlər

Orphus sistemi