700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib Təqaüdlər üzrə 106 milyon manat ödənilib
Sağlamlıq
431
17 Aprel , 2021 12:37
700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 409,3 min nəfər (o cümlədən, 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə, 281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.

Son xəbərlər

Orphus sistemi