Azərbaycanda daha 57 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 57 nəfər COVID-19-a yoluxub Azərbaycanda koronavirus infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
23 İyun , 2021 16:35
Azərbaycanda daha 57 nəfər COVID-19-a yoluxub
0 : 00
0 : 00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 794 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 948, ötən müddət ərzində isə ümumilikdə 3 698 172 test aparılıb.

Son xəbərlər

Orphus sistemi