Son sutkada Azərbaycanda 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada Azərbaycanda 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
1 Dekabr , 2022 16:31
Son sutkada Azərbaycanda 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, hazırda 256 aktiv xəstə var. Bu günə qədər 9 981 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 377 282 test icra olunub.

Son xəbərlər

Orphus sistemi