AQTA 4 sahibkarlıq subyektini qeydə almayıb

AQTA 4 sahibkarlıq subyektini qeydə almayıb “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 8-də qida məhsulları sahəsində fəaliyyət göstərən 16 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Sağlamlıq
9 iyun 2021 11:14
AQTA 4 sahibkarlıq subyektini qeydə almayıb

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 8-də qida məhsulları sahəsində fəaliyyət göstərən 16 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

"Report" xəbər verir ki, qeyd edilən tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Salayev Vüsal Rükəxan oğlu

istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

"GÖYGÖL-56" MMC

saxlanma

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

Nəcəfov Rafiq Aydın oğlu

istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

4

Tağıyev Eyvaz Əjdər oğlu

ilkin istehsal

Sahibkar tərəfindən səhvən təkrar müraciət edilmişdir.


Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi