Üç sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina edildi - SİYAHI

Üç sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina edildi - SİYAHI Təftiş və ekspertiza nəticəsində nöqsanlar aşkarlanıb.
Sağlamlıq
314
21 Yanvar , 2021 13:05
Üç sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina edildi - SİYAHI

Qida məhsulları sahəsində fəaliyyət göstərən 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

"Report" xəbər verir ki, qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər aşağıdakılardır:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

"PƏRVİZ İKF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

2

SABİT MƏMMƏDOV SEYYAB OĞLU

Topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

3

ELXAN ALIYEV MƏTİ OĞLU

İctimai iaşə

Sahibkar fəaliyyətini dayandırıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi