3 obyektin qeydiyyata alınmasından imtina olunub

3 obyektin qeydiyyata alınmasından imtina olunub 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Sağlamlıq
155
19 Mart , 2021 17:40
3 obyektin qeydiyyata alınmasından imtina olunub

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 18 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

AQTA-dan "Report"a verilən məlumata görə, həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

İBRAHİM ŞİRDANOV RƏCƏB OĞLU

İlkin istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

2

VAQİF QURBANOV MÜSLÜM OĞLU

İlkin istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

3

ELÇİN ƏLİYEV NOFƏL OĞLU

İctimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi