Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb Azərbaycanda bu gün koronavirus infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
613
7 Mart , 2022 15:46
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 789 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib. 4 244 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 512, bu günə qədər isə ümumilikdə 6 603 318 test icra olunub.

Son xəbərlər

Orphus sistemi