"Bu günə qədər 11 minə yaxın vətəndaş hava nəqliyyatı vasitəsilə ölkəyə daxil olub.
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri bildirib ki, onların da hamısı karantin müəssisələrində nəzarətə götürülüb.
O bildirib ki, test nəticəsi neqativ çıxanlar evlərinə buraxılacaq.