ÜST: Azərbaycanda kişilər qadınlara nisbətən iki dəfə çox intihar edir

ÜST: Azərbaycanda kişilər qadınlara nisbətən iki dəfə çox intihar edir Son 10 il ərzində qadınlar arasında intihar halları 17,6% artıb
Sağlamlıq
370
8 Sentyabr , 2014 12:18
ÜST: Azərbaycanda kişilər qadınlara nisbətən iki dəfə çox intihar edir

Bakı. 8 sentyabr. REPORT. AZ/ Azərbaycanda kişilər qadınlara nisbətən intiharı iki dəfə artıq törədirlər. Report-un verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) intiharların qarşısının alınmasına həsr olunmuş yeni məruzəsində deyilir. 

Məruzədə bir sıra ölkələrdə intihar halları sayının statistikası təqdim olunub. Belə ki, 2012-ci ilə olan məlumatlara görə, il ərzində Azərbaycanda 48 qadın və 106 kişi intihar edib. Kişilər və qadınlar arasında intihar saylarının bu cür korrelyasiyası dünyanın digər ölkələrinin əksəriyyətində müşahidə olunur. 

Bununla yanaşı, son 10 il Azərbaycanda  qadınlar arasında intihar halları 17,6% artıb, kişilər arasında isə 12,8% azalıb. 

Məruzəyə əsasən, Azərbaycanda intihar halları 50 yaşından yuxarı insanlar arasında daha geniş yayılıb. Belə ki, 15 yaşından 29 yaşınadək azərbaycanlı kişilər arasında intihar sayının götəricisi 2,1, 30-49 yaş kişilərdə 2,9, 50-69 yaşlarda kişilərdə 4,1 və 70 yaşından yuxarı kişilərdə 6,6% təşkil edib. 15 yaşından 29 yaşınadək olan qadınlar üçün bu göstərici 1,2, 30 yaşından 49 yaşınadək qadınlar üçün 0,8, 50-69 yaş qadınlar üçün 1,3 və 70 yaşından yuxarı qadınlar üçün  4,3% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi