Vəkil: “Mühafizə zolaqlarındakı tikililərin sənədləşdirilməsi mümkün deyil" - VİDEO

Vəkil: “Mühafizə zolaqlarındakı tikililərin sənədləşdirilməsi mümkün deyil" - VİDEO “Report”un canlı efirində “Hüququmuz var” verilişinin qonağı, Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova bu barədə danışıb
"Report" studiyası
223
14 Aprel , 2021 14:09
Vəkil: “Mühafizə zolaqlarındakı tikililərin sənədləşdirilməsi mümkün deyil - VİDEO
İlhamə Həsənova

“Mühafizə zolaqlarında tikilən evlərə mülkiyyət hüququnun verilməsi mümkün deyil”.

“Report”un canlı efirində “Hüququmuz var” verilişinin qonağı, Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova bu barədə danışıb.

O qeyd edib ki, ucuz ev axtarışında olan insanlar evlərin sonradan sənədləşdiriləcəyi ilə bağlı vədlərə inanaraq torpaq və ya ev alır:

“Bu ərazilərdə vətəndaşlar əsasən torpaq və ev alqı-satqısı ilə məşğul olan vasitəçilərin günahı ucbatından belə problem ilə üzləşirlər. Ancaq unutmamaq lazımdır ki, bu onlar üçün hüquqi məsuliyyət yaratmaqla yanaşı, özlərinin təhlükəsizliyi üçün də böyük təhdiddir. Yəni mühafizə zolaqlarında həm atmosfer və ətraf mühit çirklənmiş olur, həm də bu və ya digər formada həyat və sağlamlıq üçün üçün təhlükə mövcuddur. Həmçinin bu evlərə mülkiyyət hüququnun tanınması yalnız o halda mümkün ola bilər ki, kəmərlərin və xəttlərin yerinin dəyişməsi və s. səbəblərə görə həmin ərazi artıq mühafizə zolağına aid olmasın”.

Vəkil bildirib ki, mühafizə zolaqlarında olmayan digər ərazilərdə isə evlərin sənədləşdirilməsinin müvafiq hüquqi yolları mövcuddur və vətəndaşlar bələdiyyələrə, icra hakimiyyətlərinə, müvafiq qurumlara və zərurət yaranarsa məhkəməyə müraciət edərək evlərinin sənədləşdirilməsinə nail ola bilərlər.

Son xəbərlər

Orphus sistemi