Şəhid övladları 14 gün bir arada olacaq - VİDEOREPORTAJ

Şəhid övladları 14 gün bir arada olacaq - VİDEOREPORTAJ Düşərgədə 76 uşaq iştirak edir
"Report" studiyası
5 İyul , 2021 12:11
Şəhid övladları 14 gün bir arada olacaq - VİDEOREPORTAJ

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün fəaliyyətə başlayan “Qaliblər düşərgəsi" 14 gün davam edəcək.

"Report" xəbər verir ki, düşərgədə Azərbaycanın 25 regionundan 13-14 yaşlı 76 uşaq iştirak edir.

Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunacaq.

Bundan başqa, Bakı şəhərinin görməli yerlərinə ekskursiyalar planlaşdırılır. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşəcəklər.

13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.

Qeyd edək ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün “Qaliblər düşərgəsi" fəaliyyətə başlayıb.

Videomaterialı təqdim edirik:

Operator: Mircavid Eminoğlu

Montajçı: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi