Polis reyd keçirdi, avtobus sürücüsü və sərnişinləri cərimələdi- VİDEO

Polis reyd keçirdi, avtobus sürücüsü və sərnişinləri cərimələdi- VİDEO Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları metronun "Koroğlu" stansiyasının yaxınlığında koronavirus pandemiyası ilə əlaqədar profilaktik tədbirlər həyata keçirib
"Report" studiyası
178
22 İyul , 2021 16:54
Polis reyd keçirdi, avtobus sürücüsü və sərnişinləri cərimələdi- VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları metronun "Koroğlu" stansiyasının yaxınlığında koronavirus pandemiyası ilə əlaqədar profilaktik tədbirlər həyata keçirib.

“Report” xəbər verir ki, polis əməkdaşları yeraltı piyada keçidində, sərnişin avtobuslarında, taksilərdə sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlər görüləcəyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb. Reyd zamanı bir neçə sərnişin və avtobus sürücüsü cərimələnib.

Operator: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi