Azərbaycan ordusu antiterror əməliyyatlarına xüsusi önəm verəcək – VİDEO

Azərbaycan ordusu antiterror əməliyyatlarına xüsusi önəm verəcək – VİDEO Şair Ramaldanov qalib ordunun budəfəki təlimlərinin fərqli olduğunu qeyd edib
"Report" studiyası
15 Mart , 2021 19:07
Azərbaycan ordusu antiterror əməliyyatlarına xüsusi önəm verəcək – VİDEO
Şair Ramaldanov

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusu əməliyyat-taktiki təlimləri davam etdirir. Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqlara xüsusi önəm veriləcək.

Hərbi ekspert Şair Ramaldanov "Report"a açıqlamasında qalib ordunun budəfəki təlimlərinin fərqli olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi