Anomal istilər başlayır - insanlar özünü necə qorumalıdır? - VİDEO

Anomal istilər başlayır - insanlar özünü necə qorumalıdır? - VİDEO Bu gün Azərbaycana yay fəsli qədəm qoyub. Hələ bir müddət əvvəl havaların istiləşməsi ilə əlaqədar insanlar arasında yay tətilinə hazırlıqlara başlanılıb. Elə buna görə də havalar istiləşəndən artıq parklarda isti havanın dadını çıxaranlara rast gəlmək mü
"Report" studiyası
1888
21 İyun , 2021 18:05
Anomal istilər başlayır - insanlar özünü necə qorumalıdır? - VİDEO

Bu həftə Azərbaycanda anomal istilər müşahidə olunacaq.

"Report" xəbər verir ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayaraq əhalini ehtiyatlı olmağa çağırıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39 dərəcəyədək qalxacaq. Həmçinin şəhərin bəzi yerlərində 40-42 dərəcə hiss ediləcək.

"Report"un əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib və anomal istilərdən necə qorunacaqları ilə maraqlanıb.

Operator: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi