ABA: Milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin azaldılmasına ehtiyac yoxdur

ABA: Milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin azaldılmasına ehtiyac yoxdur "Bu isə növbəti xərclər deməkdir"
"Report" studiyası
9 Aprel , 2021 17:58
ABA: Milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin azaldılmasına ehtiyac yoxdur
Qorxmaz Ağayev

“Nəzərə alaq ki, pandemiyaya görə tətbiq olunan məhdudiyyətlər, ötən il Vətən müharibəsi ilə bağlı xərclərin çəkilməsi iqtisadiyyata təsirsiz ötüşmür. Hazırda dövlət mövcud sosial təminat siyasətini də gücləndirir. Bu isə növbəti xərclər deməkdir. Odur ki, hazırda pandemiya dövründə milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin azaldılmasına ehtiyac yoxdur”.

Bunu “Report”un efirində İqtisadi baxış” verilişində əmanətlərin sığortalanması üzrə yeniliklərdən danışan Azərbaycan Banklar Assosiasiyasının hüquq məsələlər üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev deyib.

“Gələcəkdə ayrı-ayrı iqtisadi sektorlar, xüsusilə də milli valyutanın mövgeyi bir az da güclənəndən sonra düşünürəm ki, bununla bağlı fərqli qərarlar verilə bilər”, - deyə Q.Ağayev əlavə edib.

"Report" Qorxmaz Ağayev ilə videomüsahibəni təqdim edir:

Son xəbərlər

Orphus sistemi