Zurabişvili: “Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi məsələsini təxirə salmaq olmaz”

Zurabişvili: “Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi məsələsini təxirə salmaq olmaz” Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən David Qareci sərhədyanı zonaya baş çəkib.
Region
20 Aprel , 2019 21:20
Zurabişvili: “Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi məsələsini təxirə salmaq olmaz”

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanla sərhəddə yerləşən David Qareci sərhədyanı zonaya baş çəkib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasının mətbuat xidməti məlumat yayıb.

S.Zurabişvili sərhədçilərlə görüşüb. Görüşdən sonra o bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

Son xəbərlər

Orphus sistemi