Yuxarı

Qərargah rəisi: "4 milyon zəvvar İrandan İraqa 4 buraxılış məntəqəsindən keçə bilər"

Zülfiqari: "3 milyon zəvvar artıq İraq ərazisindədir"

İrandan 4 milyon zəvvarın İraqın Kərbəla şəhərinə keçməsi üçün 4 sərhəd buraxılış məntəqəsi fəaliyyət göstərir.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, "Ərbəin" (“İmamın 40”ı) Mərasimi qərargahının rəisi Hüseyn Zülfiqari bildirib.

Onun sözlərinə görə, 3 milyon zəvvar İranın İlam əyalətinin Mehran şəhərindən İraq ərazisinə artıq keçib.

Qərargah rəisi qeyd edib ki, zəvvarların İraqda ziyarət etməsi üçün təhlükəsizliklə bağlı problemi yoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi