Yuxarı

Zərif: "Biz Suriyada bu ölkənin ekstremistlərin əlinə keçməsinin qarşısını almaq üçün varıq"

Zərif: "Biz Suriyada bu ölkənin ekstremistlərin əlinə keçməsinin qarşısını almaq üçün varıq"
Biz Suriyada heç kimi dəstəkləmirik

Bakı. 24 aprel. REPORT.AZ/ İran hərbçiləri Suriyada bu ölkənin ekstremistlər tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün mövcuddurlar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Biz Suriyada heç kimi dəstəkləmirik", — deyə Zərif Suriyada prezident Bəşər Əsədə dəstək göstərilməsi ilə bağlı suala cavabında bildirib.

"Biz ona görə Suriyadayıq ki, ölkənin ekstremistlər tərəfindən ələ keçirilməsinin qarşısı alaq", — deyə İranın XİN rəhbəri Nyu-Yorkda Beynəlxalq Əlaqələr Şurasında çıxışı zamanı söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi